Dünya

Ermənistanın keçmiş MTX rəhbərinin ölümü ilə bağlı cinayət işi açıldı

Ermənistanın keçmiş MTX rəhbərinin ölümü ilə bağlı cinayət işi açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbərinin ölümünə görə cinayət işi açılıb.

7times.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan MTX sabiq rəhbəri Georgi Kutoyan evində ölü tapılıb. Bundan sonra müəyyən araşdırmalar aparılsa da, işə xitam verilib.

Ermənistan Xüsusi İstintaq Komitəsinin sözçüsü Rima Yeqanyan yeni cinayət işinin açılması barədə məlumat verib. Bildirilib ki, istintaq aparılacaq və yekunda qətli törədənlərin tapılması üçün çalışılacaq. Hazırda xüsusi qrup yaradılıb.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Georgi Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini tutub. 39 yaşında evində ölü tapılıb.unikal.org