Şabran rayonunun mərkəzində fərdi yaşayış evi yanıb, azyaşlılar xəsarət alıb.
7times.az xəbər verir ki, hadisə rayonun Nizami küçəsində Zaur Niyazova məxsus fərdi yaşayış evində baş verib.
Yanğın zamanı 2014-cü il təvəllüdlü Araz Zaur oğlu Niyazov müxtəlif xəsarətlərlə və 2015-ci il təvəllüdlü Təranə Zaur qızı Niyazova yuxarı tənəffüs yollarının ağır yanığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər azyaşlıların vəziyyətinin ağır olduğunu bildirirlər.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Şabran Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz