Professional bəstəkar və sevilən ifaçı Sevinc Ağasıyevanın müsahibəsini təqdim edirik:
Necə oldu ki, bəstəkar Sevinc Ağasıyeva, Sivva oldu?
Bəstəkarlıqla məşğul olduğumu məni tanıyanlar gözəl bilir. Artıq il yarımdı müğənni kimi faliyyət göstərirəm. Bildiyiniz kimi Sevinc adında müğənni xanımlar çoxdu. Adım, soyadım çox vaxt qarışdırılırdı. Fərqlənmək üçün bu addımı atdım. Böyük səhnələrdə fərqli adla olmaq istəyirəm.
İşlədiyim komandanın üzüvləri də bu addımımı alqışladılar. Bu ad mənə yad deyil. Uşaqlıq adımdı. Atam məni daima Sivva deyə çağırardı. Onu da qeyd edim ki, mən musiqiçi ailəsində doğulmuşam. Rəhmətlik atam Məmməd Ağasıyev tarzən və qəzəlxan olub. Üç yaşım olanda böyük bir xorun tərkibində solist idim. Musiqi akademiyasının məzunuyam.
Bəstələdiyiniz mahnıları kimlər oxuyub və bəstələdiyiniz musiqilər haralarda səslənib?
Mən on ildən artıqdır ki, bəstəkarlıq fəaliyyəti ilə məşğulam. Son illərdə İlqar Muradov, Aygün Kazımova və başqaları mahnılarımı ifa edib. Bundan başqa Oksana Rəsulova ilə üç ildir ki, həm dostluğumuz, həm də iş birliyimiz var. “Lal yuxu” serialının bütün musiqiləri mənə aiddi. “Sevgi romanı”və “Mələyin öpüşü” filimlərinin də musiqilərini mən bəstələmişəm.
Hazırda hansı layihələr üzərində çalışırsınız?
Layihələr çoxdur. Bu yaxında iki böyük layihə təqdim edəcəm. Bunlardan biri sosial layihədi “Pray for Ganja” adlanır. Gəncə hadisələrindən bəhs edən bu mahnının aranjimanını Samir Şirinov edib. Dünya şöhrətli balaban ifaçısı Əlixan Səmədovu, Kamança ifaçısı Elnur Əhmədovu da siz bu layihədə görə biləcəksiniz. Duet ortağım isə uşaq Avroviziya müsabiqəsinin iştirakçısı Fidan Hüseynovadır. Mahnının klipi də hazırdı. Klip çəklişi rejissor Cavid Orucluya (Dele Oruclu) həvalə olunub. İkinci üzərində işlədiyim layihə “Dedilər” adlı mahnıdı. Hamının ürəyinə yol tapacaq bu mahnıda duet ortağım Zamiq Huseynovdu .
Yerli şou biznesdə baş verənləri izləyirsiz?
İzləmirəm! Vaxtım da yoxdu. Sosial şəbəkələrdə təsadüfən kimin nə iş gördüyü və yaxud qalmaqalı qarşıma çıxarsa baxıram.
Sosial şəbəkələrdə müğənnilərimizə qarşı olan aqresiyaya münasibətiniz?
İnsanlar aqresiyaya sərf etdikləri zamanı öz işlərinə, həyatlarına sərf etsələr daha xoşbəxt olarlar. Onlar bilməlidirlər ki, təhqir olunan şəxs, təhqir edəni məhkəməyə verə bilər. Sözü bir insanın xətrinə dəymədən də yazmaq, demək də olar.
İştirak etmək istədiyiniz müsabiqələr varmı?
“Türk Vizion” və “Avroviziya” beynəlxalq müsabiqələrində ya özüm, ya da mahnımla iştirak etmək istərdim.
Vokal dərsləri üçün sizə müraciət edirlərmi və tələbələriniz varmı?
Mən vokal dərsləri bir neçə ildi keçirəm. Bəli, tələbələrim də var. Dərslər dünya vokal formatına uyğun olaraq keçirilir.
Hansı məşhur müğənni ilə münasibətiniz yoxdu və olmasını da istəmirsiz?
Ətrafıma çox insan buraxan bir deyiləm. Şou biznes əhli ilə uzaqdan-uzağa olsa da gözəl münasibətim var.
7times.az
Murad Muradov
Follow @7timesaz