Dünya

Navalnının xanımı yenə saxlanıldı

Navalnının xanımı yenə saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərti məhkum edilmiş rusiyalı müxalifətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya Moskvada icazəsiz aksiyada iştirakına görə saxlanılıb.

7times.az “TASS”a istinadən bildirir ki, onu həyat yoldaşının saxlanıldığı “Matros sakitliyi” təcridxanasına doğru razılaşdırılmamış yürüş zamanı polis əməkdaşları saxlayıblar.

Saxlanılanın vəkili Svetlana Davıdovanın sözlərinə görə, Y.Navalnaya Yeni Moskvadakı “Şerbinski” polis bölməsinə aparılıb.

Xatırladaq ki, Y.Navalnaya yanvarın 23-də Puşkin meydanındakı aksiya zamanı da saxlanılmışdı. Həmin vaxt o, polis bölməsinə aparılmış və protokol tərtib edilmədən sərbəst buraxılmışdı.qafqazinfo