“İctimai nəqliyyatda sürücüyə qarşı xüliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub”.
Bakı şəhər Baş Polis İdarəsin mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.
Qeyd olunan hərəkətlərdə xırda xüliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.
Follow @7timesaz