Azyaşlı qızın nişanlanması ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 150 “e” prima maddəsinin ikinci hissəsi ilə cinayət işi açıb.
7times.az xəbər verir ki, qeyd olunan maddə şüurlu şəkildə yetkinlik yaşına çatmayan uşağa qarşı evliliyin məcbur edilməsini nəzərdə tutur.
Qeyd edək ki, dünəndən etibarən sosial şəbəkələrdə azyaşlı qızın nişan mərasiminin video və fotoları yayılıb. Məsələni Xalq Müdafisçisi də araşdırır. /Gündəlik Gürcüstan
Follow @7timesaz