Maqazin

Mətanətin oğlu həyat yoldaşının ittihamlarına cavab verdi: “Niyə boşanmadı”

Mətanətin oğlu həyat yoldaşının ittihamlarına cavab verdi: “Niyə boşanmadı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim həyat yoldaşı Canananın ittihamlarına cavab verib.

7times.az xəbər verir ki, Kərim MTV Azərbaycan kanalına açıqlamasında həyat yoldaşını Allaha tapşırdığını deyib:

“Uşaqlarımın anasıdır və ona görə də haqqında heç nə deyə bilmirəm. Əsəbi olub, şantaj edib, nə edib bilmirəm. Allahı bilər, özü bilər. Mən yenə də o, uşaqların atasıyam. Onların arxasında dayanmışam və nə lazımdırsa edirəm. Mən jurnalistlərə açıqlama verməyə məcbur deyiləm, eləmişəm, ya etməmişəm. Bu mətbuatla düzələn bir məsələ deyil. Hüquqi yolları var, başqa bir istiqamətdən yanaşmaq lazımdır. Mətbuatda yayılmağının da səbəbkarı özüdür. Bunu yaxşı qarşılamıram. Zənnimcə, bu belə olmalı deyildi. Normal adam belə etməz. Mənim üç övladım var. Şükür Allaha hamı bilir ki, kim necədir? Mən necə insanam, o, necə insandır. Allah köməyi olsun. Sadəcə övladlarıma yaxşı ana olmasını arzu edirəm. Mən də ata kimi onların arxasında dayanmışam. Özümüz də məttəl qalmışıq, çox məyus və pis olmuşam. Hamı mətbuatda yazır ki, işgəncə vermişəm. Mən Cananı istəyəndə 16 yaşım var idi. Onu sevib evlənmişəm. Mən pis adam idimsə, döyürdümsə, boşanardı. Niyə boşanmadı? Bunu ağıllı adam onun özünə sual verməlidir. Mənim üç uşağım var, onun 42 yaşı var. Elə anaya belə hərəkət etmək yaraşmır. Mən şəxsən yaraşdırmıram, amma özü bilər. Mənim qadınım olub, uşaqlarımın anasıdır. Onu Allaha tapşırmışam. Sən nə etsən də uşaqların atası mənəm, nənələri Mətanət xanımdır”.

Qeyd edək ki, Canana həyat yoldaşının qızına şiddət göstərdiyini iddia edərək görüntülər yaymışdı. (teleqraf.com)