BMT-də Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevə yeni status verilib.
7times.az xəbər verir ki, N.Nazarbayev “Nüvə sınaqlarından azad dünya uğrunda çempion” statusuna layiq görülüb. Bununla əlaqədar avqustun 26-da BMT-də videokonfrans formatında tədbir keçirilib.
Nüvə Sınaqları Əleyhinə Beynəlxalq Fəaliyyət Günü hər il Qazaxıstanda da qeyd olunur.
Qeyd edək ki, 2009-cu il iyunun 18-də Semipalatinsk nüvə poliqonunda sınaqların dayandırılmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə, eləcə də dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin III Qurultayının açılışında o vaxtkı Prezident N.Nazarbayev avqustun 29-nu Ümumdünya Nüvə Silahından İmtina Günü elan etmək təşəbbüsü ilə çıxış edib.
Məlumat üçün bildirək ki, 1991-ci ildə müstəqillik qazandıqdan sonra Qazaxıstan Sovet İttifaqından qalmış və dünyanın dördüncü ən dağıdıcı nüvə silah arsenalından imtina edib və həmin il avqustun 29-da Semipalatinsk nüvə sınaq poliqonunu bağlayıb.
Nursultan Nazarbayev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri sədri statuslarına malikdir. O, həmçinin Qazaxıstanın Fəxri senatorudur. AzərTac
Follow @7timesaz