Ermənistan müxalifəti Nikol Paşinyanın qeyd-şərtsiz istefasını tələb edir.
7times.az xəbər verir ki, bu barədə müxalifət liderlərindən biri, “Daşnaksütyun” partiyasının üzvü İşxan Saqatelyan deyib.
Saqatelyan Paşinyanla yalnız bu məsələni müzakirə etməyə hazır olduqlarını deyib. Hazırda müxalifət parlament binasının qarşısında davamlı aksiyalar keçirir.