Dünya

Bu ölkə vətəndaşları İrana gələ bilməz – Qərar

Bu ölkə vətəndaşları İrana gələ bilməz – Qərarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hökuməti 32 ölkənin vətəndaşlarına girişi qadağan edib.

7times.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı qərar qəbul edib.

Qərara əsasən, Böyük Britaniya, Anqola, CAR, Argentina, Boliviya, Botsvana, Braziliya, Burundi, Kabo-Verde, Çili, Kolumbiya, Konqo Demokratik Respublikası, Ekvador, Esvatini, Fransız Qvineyası, Lesoto, Qayana, Malavi, Mavritaniya, Mozambik, Namibiya, Panama, Paraqvay, Peru, Ruanda, Seyşel adaları, Surinam, Tanzaniya, Uruqvay, Venesuela, Zambiya və Zimbabve İran ərazisinə daxil ola bilməz.

Qurumun rəsmisi Məhəmməd Həsən Zibakş qərarın koronavirusun yeni ştamlarının qarşısını almaq məqsədi daşıdığını deyib. axar.az