Dünya

Trampdan gündəm yaradacaq AÇIQLAMA

Trampdan gündəm yaradacaq AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp seçkilərdə məğlub olduqdan sonra ilk dəfə xalqa səslənib.

7times.az xəbər verir ki, uzun zaman sonra kameraların qarşısına keçən Donald Tramp açıqlamaları ilə gündəmə damğa vurub.

Son zamanlar Trampın yeni siyasi partiya quracağı iddiaları səslənsə də, o bunları rədd edib:

“Bu qədər uğurlu bir dönəm daha əvvəl olmayıb. Dörd il əvvəl birlikdə başladığımız bu yol hələ bitməyib. Yanınızda mübarizəyə davam edəcəyimi deyirəm. Yeni bir partiya qurmayacam. Respublikaçılar Partiyamız var, yenidən birlik olaraq heç olmadığımız qədər güclü olacağıq. Bilmək olmaz, bəlkə də, onları üçüncü dəfə məğlub etməyə qərar verə bilərəm”.

Eks prezident sələfi Co Bayden barədə də düşüncələrini özünəməxsus şəkildə bildirib.

“Bayden bütün prezidentlər arasında ilk ayını ən pis keçirən şəxsdir. Heç bir müzakirə aparmadan Paris İqlim Sazişi və Ümumdünya Səhiyyə Təşkilatına geri qayıtması səhv addımdır. Bu vəziyyətin qazananı Çin və Rusiya oldu. Bayden heçbir şey almadan İrana qarşı sanksiyaları ləğv edir. Müzakirələr başlamadan bütün kozurları axmaqca İrana verirlər”.

Tramp həmçinin seçimlərdə məğlub olmasını rədd edərək, seçimlərə müdaxilə olduğunu, özünün uduzmasının mümkünsüz olduğunu söyləyib.

Elmir Kərimli