Kiyev-Xarkov şossesində içərisində “Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.
7times.az xəbər verir ki, bu barədə ukrayna Radasının deputatı İlya Kiva özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb. Silahlı hücumun “Azov” batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.
Polis faktla bağlı araşdırmalara başlayıb. qafqazinfo.az
Follow @7timesaz