Tanınmış aparıcı Aysel Nazimin ailəsində ağır itki üz verib.
7times.az xəbər verir ki, məşhur aparıcının babası Sabir Mamedov 80 yaşında dünyasını dəyişib.
Aysel Nazim bu barədə rəsmi “Facebook” səhifəsində paylaşım edib:
“Ailəmizin qoca çinarı, nəvəsi olmaqdan hər zaman qürur duyduğum babam… Məkanın cənnət olsun”.
7times.az saytı olaraq Aysel Nazim və ailəsinə səbr diləyirik. Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Elmir Kərimli
Follow @7timesaz