Bu gün Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.
7times.az xəbər verir ki, şəhərin giriş hissəsində yerləşən dönər bişirilən obyektdə 2 dost dəm qazından zəhərlənib.
Onların biri Xaçmaz rayon Əhmədoba kənd sakini 1995-ci il təvəllüdlü Kərimov Səbuhi İsmayıl oğlu xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib. Onun dostu 1995-ci il təvəllüdlü Məmmədov Mayıl Eyyub oğlu isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin dediyinə görə, onkar siqarət çəkmək üçün dönərxananın zirzəmisinə düşüblər. Hadisənin də zirzəmiyə sızan dəm qazı nəticəsində baş verdiyi bildirilir.
7times.az
Cəlal Fərzəliyev
Follow @7timesaz