Türkiyənin “Show TV” kanalının çox sevilən “Kuzey Yıldızı: İlk Aşk” serialının baş rol aktyoru İsmail Demirci maraqlı açıqlamaları ilə gündəmə gəlib.
7times.az xəbər verir ki, məşhur aktyor həyat yoldaşı Hande Soral ilə eyni serialda oynamaq istəmədiyini etiraf edib:
“Bəlkə eyni filmdə birlikdə rol ala bilərik lakin eyni serialda oynamağı düşünmürük. Həm inandırıcılıq cəhətdən olmaz, həm də həyat yoldaşını evdə görmək, iş yerində görməkdən daha yaxşıdır”.
Qeyd edək ki, İsmail Demirci və Hande Soral cütyülü 2017-ci ildə evlənib.
Elmir Kərimli
Follow @7timesaz