ABŞ-ın Minneapolis ştatında qaradərili Corc Floydun ölümündə ittiham olunan keçmiş polis əməkdaşı Derek Şovinin işi üzrə məhkəmə prosesi başlayıb.
7times.az xəbər verir ki, ilk olaraq, tərəflərin 12 nəfərdən ibarət andçılar heyətini seçməsi gözlənilir.
Proses hakim Piter Kehilin sədrliyilə Hennepin dairə məhkəməsində aparılır. İclas zalında baş verənləri yerli “Star Tribune” qəzeti işıqlandırır.
Məhkəmə binası ətrafında təhlükəsizlik məqsədilə beton hasar quraşdırılıb. Hazırda yüzlərlə insan binanın qarşısına toplaşıb.
Qeyd edək ki, məhkəmə prosesinin başlamasından öncə Minneapolisdə nümayiş keçirilib. oxu.az
Follow @7timesaz