Hadisə

“Şagirdlərin intiharı bizi dərindən kədərləndirir” – Təhsil naziri

“Şagirdlərin intiharı bizi dərindən kədərləndirir” – Təhsil naziribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında intihar edən məktəblilərlə bağlı paylaşım edib.

7times.az xəbər verir ki, nazir hadisədən kədərləndiyini bildirib:

“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”

Xatırladaq ki, bu gün günorta saatlarında iki məktəbli qız Lökbatanda yerləşən hündürmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər. İntihar edən 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı sinif yoldaşı olublar.