Astara rayonunda əmioğluları arasında dava olub.
7times.az xəbər verir ki, hadisə rayonun Şəmətük kəndində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayevlə əmisi oğlu, 1994-cü il təvəllüdlü Amil Qəyyum oğlu Ağayev arasında şəxsi münasibətlər zəminində münaqişə əlbəyaxa davaya çevrilib.
İlkin məlumata görə hər iki şəxs bir-birinə bıçaqla xəsarət yetiriblər. Amil Ağayevin vurduğu bıçaq zərbəsi Musa Ağayevin ürək nahiyəsinə dəyib. O, hadisə yerində keçinib.
A.Ağayev isə ayaq nahiyəsindən bıçaq yarası alıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. Report
Follow @7timesaz