Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryan Beyruta qaytarılıb.
7times.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan öz feysbuk hesabında məlumat verib.
“Maral Nacaryan bir neçə dəqiqə əvvəl Beyrutdakı evinə çatdı”,- deyə o qeyd edib.
Xatırladaq ki, ötən ay Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryanla görüşdüyünə dair məlumat yayılmışdı. qafqazinfo
Follow @7timesaz