Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 106,4-cü kilometrində baş verən yol qəzası 19 yaşlı tələbə qızın həyatına son qoyub.
7times.az xəbər verir ki, Quba rayonunun İkinci Nügədi kənd sakini, 35 yaşlı Kamil Məcnun oğlu Əliyev idarə etdiyi “Mersedes V 220” markalı avtomobillə Qubadan Bakı istiqamətinə gedərkən idarəetməni itirib və avtomobil yolun sağına çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər – Qubanın Birinci Nügədi kənd sakini, 46 yaşlı Əsəd Səməd oğlu Kərimov və İkinci Nügədi kənd sakini Şəbnəm Qabil qızı İsmayılova müxtəlif xəsarətlərlə Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq 19 yaşlı Şəbnəm İsmayılova xəstəxanada keçinib.
Şəbnəm Qabil qızı İsmayılova Azərbaycan Pedaqoji Universitetinin Quba filialının “Təhsildə sosial psixoloji xidmət” ixtisasının ikinci kurs tələbəsi idi. Psixoloq olacaqdı. Filialın əlaçı tələbələrundən olub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır. modern.az
Follow @7timesaz