Dünya

COVID-19 peyvəndi Türkiyədə də test ediləcək – 700 könüllü üzərində

COVID-19 peyvəndi Türkiyədə də test ediləcək – 700 könüllü üzərindəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın səbirsizliklə gözlədiyi COVID-19 peyvəndlərindən biri olan Almaniyanın “Biontech” biotexniki və ABŞ-ın “Pfizer” dərman şirkətləri tərəfindən birgə hazırlanan “BNT162ö” preparatı Türkiyədə də 700 könüllü üzərində test ediləcək.

7times.az-ın məlumatına görə, AzərTAc xəbər verir ki, Türkiyənin elm adamlarının da iştirakı ilə hazırlanan preparatın üçüncü mərhələsi iyul ayında başlayıb.

İstanbul Universitetinin Tibb fakültəsi ilə müştərək keçiriləcək testlərin bir həftə ərzində başlaması, əldə ediləcək nəticələrin qaydasında olacağı təqdirdə noyabr ayında peyvəndin istehsalına start verilməsi gözlənilir.

Qeyd edək ki, “BNT162ö” peyvəndinin dünyanın 172 ölkəsində 30 min insan üzərində test edilməsi nəzərdə tutulub.