Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
7times.az xəbər verir ki, Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan qazi Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb.
Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır. Report
Follow @7timesaz