Dünya

Londonda keçirilən etiraz aksiyasında 33 nəfər saxlanıldı

Londonda keçirilən etiraz aksiyasında 33 nəfər saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın paytaxtı Londonda koronavirus məhdudiyyətləri və 33 yaşlı Sara Evevrardın qətlinə etiraz olaraq keçirilən aksiyada 33 nəfər saxlanılıb.

7times.az  xəbər verir ki, bu barədə Britaniya paytaxtının polisi bildirib.

“Saat 18:45-ə (Bakı vaxtı ilə saat 22:45) olan məlumata görə, London mərkəzindəki mitinqdə 33 nəfər saxlanılıb. Onların əksəriyyəti COVID-19 məhdudiyyətləri qaydalarının pozulması ilə əlaqədar saxlanılıb”, – asayiş keşikçiləri qeyd edib.

Aksiya iştirakçıları Hayd-parkda toplaşaraq, şəhərin mərkəzi küçələri üzrə hərəkət ediblər, sonra Uaytholl küçəsinə və Britaniya parlamentinin, hökumət binalarının qarşısına toplaşıblar.