Dünya

Təhlükəli asteroid Yerə yaxınlaşır

Təhlükəli asteroid Yerə yaxınlaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “2001 FO32 ” asteroidi yerin çox yaxınından keçəcək.

7times.az xəbər verir ki, bu barədə NASA -nın saytında məlumat yer alıb. Bildirilib ki, o iki milyon kilometr məsafəyə yaxınlaşacaq. Planetimizlə toqquşma təhlükəsinin olmadığı qeyd olunur. Buna baxmayaraq, astronomlar Yerdən bu qədər məsafəni yaxın hesab edirlər. Buna görə FO32 potensial təhlükəli asteroid adlanır. NASA göy cisminin təxmin edilən diametrinin 440-680 metr arasında dəyişdiyini bildirir.

Qeyd edək ki, sözügedən asteroid 2001-ci ildə kəşf edilib. Astronomlar onun növbəti dəfə Yer kürəsinin daha yaxınlığından keçəcəyi vaxtın 2052-ci ildə olacağını düşünürlər. unikal.org