Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin canlı yayım dadialoq təklifini rədd edib.
7times.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Putinin Baydenə canlı yayımda açıq dialoq təklifinin rədd edildiyini açıqlayıb:
“Rusiya – ABŞ münasibətləri Vaşinqtonun xətasına görə yaranan problemin həlli yolundakı bir fürsəti daha əldən qaçırdı. Bunun məsuliyyəti tamamilə Amerika Birləşmiş Ştatlarına aiddir”.
Kreml sözçüsü Dimitri Peskov isə Putin və Baydenin görüşmə ehtimalı ilə bağlı qısa şərh verib:
“Bugünün planlarında görüş yoxdur. Anladığım qədəri ilə, Amerika tərəfi də buna hazır deyil”.
Qeyd edək ki, Baydenin Putini “qatil” adlandırmasından sonra iki ölkə arasındakı münasibətlər gərginləşib.
Elmir Kərimli
Follow @7timesaz