Dünya

ABŞ hərbçilərini Əfqanıstandan çıxarmaqda qərarsızdır

ABŞ hərbçilərini Əfqanıstandan çıxarmaqda qərarsızdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı hələ yekun qərar verməyib.

7times.az xəbər verir ki, bunu ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bəyan edib.

Onun sözlərinə görə, prezident qoşunların təhlükəsiz və mütəşəkkil qaydada çıxarılması üçün görüləcək işlərin həyata keçirilməsinə tam sadiqdir:

“Əgər bu barədə yekun qərar versə. Heç bir qərar verməyib. Bu məsələ ilə əlaqəli hər şeyi nəzərdən keçirəcək və bütün faktlar təqdim edildikdən sonra qərar verəcək”.

O, əlavə edib ki, Bayden bu məsələdə ABŞ-ın milli təhlükəsizliyinin maraqlarını rəhbər tutacaq.