Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
7times.az xəbər verir ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə atvomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz