Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7times.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Ələkbərli Əli Sahib oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona biləyin sınığı diaqnozu qoyulub.
Follow @7timesaz