Dünya

Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi protokolunu təsdiqlədi

Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi protokolunu təsdiqlədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.

Fonddan 7times.az-a verilən məlumata görə, protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin, o cümlədən Türkiyənin ödənişləri əsasında formalaşdırılacaq.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikasının dövlət başçılarının dəstəyi ilə yaradılıb. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Toplantısında Özbəkistan təşkilata üzv, Macarıstan isə müşahidəçi ölkə statusunu qazanıb. 2021-ci il fevral ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir. Qeyd edək ki, fondun binasının açılış mərasimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində 2019-cu ilin oktyabrında fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin, beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakı ilə baş tutub.