Tbilisi şəhər meri Kaxa Kaladze xəstəxanaya yerləşdirilib.
7times.az xəbər verir ki, bu barədə Kaladze öz feysbuk səhifəsində məlumat verib.
Merin sözlərinə görə, son günlər səhhətində yaranan problemlərlə bağlı klinikalardan birində müayinə olunub. Həkimlər ona vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyub.
K. Kaladze vəziyyətinin hazırda stabil olduğunu, fəaliyyətini distant rejimdə davam etdirdiyini qeyd edib.