ABŞ Hərbi Milli Kosmik Kəşfiyyat İdarəsi (NUVKR) üçün gizli NROL-44 cihazı olan ağır raket Delta IV-nin buraxılışı təxirə salınıb.
7times.az xəbər verir ki, bu barədə Amerikanın “United Launch Alliance” (ULA) şirkəti rəsmi saytında məlumat verib.
“Növbəti başlama cəhdindən əvvəl tələb olunan vaxt yeddi gündür”, – şirkət bildirib.
Qeyd edək ki, ağır raketin səmaya buraxılması starta 3 saniyə qalmış təxirə salınıb. axar.az
Follow @7timesaz