Lənkəranda 73 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb.
7times.az-ın verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri ərazisində Rövşən Bayramov küçəsi, ev 29 ünvanında qeydə alınıb. Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova oğlunun hücumuna məruz qalıb. Nəticədə bıçaq xəsarəti alan qadın təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. APA
Follow @7timesaz