İdman

Türkiyə – Latviya matçı azarkeşlərlə keçiriləcək

Türkiyə – Latviya matçı azarkeşlərlə keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Futbol Federasiyası ölkənin milli futbol komandasının növbəti oyunu zamanı stadiona tamaşaçıların buraxılacağını bildirib.

7times.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qərara əsasən, matçın izlənilməsi üçün stadiona onun ümumi tutumunun 15%-i qədər azarkeş buraxılacaq.

Qarşılaşmanın keçiriləcəyi Atatürk Olimpiya Stadionunun 76 min azarkeş tutumu olduğunu nəzərə alsaq, matçda təxminən 11 min izləyicinin iştirakı gözlənilir.

Xatırladaq ki, 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin “G” qrupu çərçivəsində baş tutacaq Türkiyə – Latviya oyunu martın 30-da keçiriləcək.