Dünya

Tramp İraqdakı hərbçilərlə bağlı QƏRAR VERDİ

Tramp İraqdakı hərbçilərlə bağlı QƏRAR VERDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp şənbə günü Amerika səlahiyyətlilərinin İraqdakı əsgər sayını azaltmaq barədə planlarını dəstəkləyib.

7times.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.

“ABŞ İraqdakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır” deyə, o bildirib.

ABŞ İraqda təxminən 5 200 hərbi qulluqçu saxlayır. Tramp adminstrasiyası qoşunların sayını 3 500-ə endirmək istəyir.

Qeyd olunub ki, amerikalı hərbçilərin sayının azaldılmasına səbəb İŞİD-dən gələn təhlükənin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunmasıdır.

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda terrorçulara qarşı 2014-cü ildən bəri əməliyyat keçirir.