Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək.
7times.az-ın xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Aprel ayında S. Lavrovun xarici səfər proqramını açıqlayan M. Zaxarova İrana səfərin aprelin 13-də baş tutacağını qeyd edib.
“Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 5-6-da Hindistana, 6-7-də Pakistana, 7-8-də Qazaxıstana, 12-də Misirə, 13-də isə İran İslam Respublikasına işgüzar səfər edəcək”, – deyə M. Zaxarova vurğulayıb.
Follow @7timesaz