ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Konqres binası təhlükəsizlik təhdidi səbəbindən bağlanıb.
7times.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Konqres binası ətrafı və Kapitoliyə çıxan prospektlər polis tərəfindən qapadılıb.
Hələlik hadisənin səbəbi barədə açıqlama verilməyib.
Bildirilib ki, Konqres binasının ətrafındakı baryerlərə bir maşın çırpılıb. Hadisənin ardınca meydana çıxan silahlı atışmada üç nəfər vurulub, onlardan ikisi polisdir. Hücum edən şəxs iki polisi güllələdikdən sonra özünü vurub.
Bundan sonra bina “kənardan gələn təhlükəsizlik təhdidi” səbəbindən bağlanıb.
Follow @7timesaz