Türkiyənin İraqın Sincar bölgəsində antiterror əməliyyatı keçirməsi ehtimalı azdır.
7times.az xəbər verir ki, bunu Türkiyə Baş Qərargahı Kəşfiyyat İdarəsinin sabiq rəisi, general İsmayıl Hakkı Pekin ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, əməliyyatların başlaması İraq hökuməti və İraq Kürd Muxtariyyəti tərəfindən reallaşa bilər:
“Bölgədə mümkün antiterror əməliyyatı ehtimalına Türkiyə havadan dəstək verə bilər. Digər tərəfdən, ABŞ Sincarı boşaltmaqdan yana deyil və PKK/YPG-yə dəstəyini davam etdirir”.
Follow @7timesaz