Belarusun paytaxtı Minskin Müstəqillik prospektində icazəsiz mitinq iştirakçıları ilə güc strukturları əməkdaşları arasında toqquşma olub.
7times.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
İnsident Dövlət Təhlükəsizliyi Komitəsinin binası yaxınlığında baş verib. Bir neçə nəfər saxlanılıb.
Həmçinin, məlumdur ki, OMON Müstəqillik prospektində etirazçılar dəstəsini mühasirəyə alıb.
Paytaxtda dörd mərkəzi metro stansiyasının giriş-çıxışı bağlanıb: “Ploşad Lenina”, “Oktyabrskaya”, “Kupalovskaya” və “Ploşad Pobedı”. qafqazinfo
Follow @7timesaz