Rusiya və Ermənistan rəhbərləri aprelin 7-də Moskvada görüşəcək.
7times.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kreml görüşdə müzakirə olunacaq 3 məsələ barədə məlumat verib.
Müzakirə mövzuları Qarabağa dair 2020-ci il 9 noyabr üçtərəfli razılaşmasının bəndlərinin icrası, regionda nəqliyyat əlaqələrinin bərpası və Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya proseslərinin dərinləşdirilməsi olacaq. modern.az
Follow @7timesaz