Poverliftinq idman növü üzrə ölkə çempionu Vaqif İbrahimov koronavirusdan vəfat edib.
7times.az-ın Report-a istinadən məlumatına görə, idmançı 42 yaşında dünyasını dəyişib.
Dəfələrlə Azərbaycan çempionu olmuş mərhum həm də respublika rekordçusu idi.
Qeyd edək ki, Vaqif İbrahimov COVID-19 virusuna yoluxmuşdu və müalicə alırdı. O, Cəlilabad rayonunda yaşayırdı.
Follow @7timesaz