Müğənni Sevda Yəhyayevanın həyat yoldaşı onunla tanışlığından danışıb.
7times.az xəbər verir ki, ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişinin qonağı məşhur cütlük ilk tanışlıqlarpı barədə xatirələrini bölüşüb.
Belə ki, müğənnin həyat yoldaşı ilk görüşləri barədə bunları deyib:
“Sevdanı uzun müddət idi tanıyırdım, ancaq yaxınlaşamağa risk etmirdim. Sonra sosial şəbəkələrdə Sevdanı axtarmağa başladım. Nəhayət, tapdıqdan sonra ilk mesajı yazsam da ürək edib göndərə bilmirdim. Gözümü yumub mesajı göndərdim. 3 gün sonra isə Sevdadan cavab gəldi. İlk görüş üçün isə Parisə dəvət etsəm də, Sevda buna razı olmamışdı”.