İdman

Tanınmış idmançı Operativ Qərargaha müraciət etdi: Zalları açın

Tanınmış idmançı Operativ Qərargaha müraciət etdi: Zalları açınbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kikboks üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi, dünya çempionu, tanınmış idmançı Anar Süleymanov Operativ Qərargaha müraciət edib.
7times.az xəbər verir ki, o Operativ Qərargahdan idman zallarının açılması ilə bağlı qərar verməsini xahiş edib.
İdmançı deyib ki, havalar soyuyur və açıq havada idman etmək çətinləşir: “Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır, bu işdə mənim də rolum var. Bilirsiniz ki, qeyri-olimpiya növlərinin gəlir yeri təkcə idman zallarıdır, biz məşq keçib, qonorar alırıq. Artıq 8 aydır ki, idman zalları bağlıdır və biz heç yandan gəlir əldə edə bilmirik. Havalar dəyişdiyinə görə bizim açıq havada da məşq keçmək imkanımız yoxdur. Sizdən xahiş edirik ki, idman zallarını açın, biz də işimizə davam edək”.  azxeber.com