Azərbaycanın Əməkdar artisti, bəstəkar, müğənni Elza Seyidcahan növbəti şeirini təqdim edib.
7times.az xəbər verir ki, Elza Seyidcahan yeni şeirini sosial şəbəkədə paylaşıb:
At var idi
Vaxt var idi
At var idi çapırdım
Mal təzəyini divarlara yapırdım
O bunu dedi, bu bunu dedi, axırdım
Həyatımı nağıllara taxırdım
Yaz ayının bal ayı idi açırdım
Alanlara turp yarpağı satırdım
Cümlə-cahan nəğmə dolu qapıydım
Hər əsənə məsafəli bahar idim, saçırdım
Tüstü obam, küsmə, babam
Yüzünə yadam, sənə qonağam
Qamçım ilə atıma yetəni ov iti kimi qapanam
Atımı yenə də çapanam
Mal təzəyini divarlara yapanam
Dəlik-dilük, dülük-dülük yaranam
Cızma-qara, gülmə bala, yazanam
Atımı göylərə çapanam, çapanam.