Erməni axtarış qrupları Cəbrayıl rayonu ərazisində bu gün daha 1 erməni hərbçisinin meyitini tapıblar.
7times.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1544 olub.
Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.
Follow @7timesaz