İdman

Böyük şansslızlıq: “Borussiya” – PSJ matçının taleyini həll edən epizod

Böyük şansslızlıq: “Borussiya” – PSJ matçının taleyini həll edən epizodbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sı PSJ-ni qəbul edib.

7Times.az  xəbər verir ki, qarşılaşmada Dortmund klubuna 1:0 hesabı ilə qalib gəlib.

Almaniya təmsilçisinə qələbə gətirən qolu 36-cı dəqiqədə Füllkruq vurub.

Matçın qırılma nöqtəsi isə 51-ci dəqiqədəki epizod olub.

51-ci dəqiqədə Dortmund “Borussiya”sı 1:0 öndə olarkən Kilian Mbappe sol cinahda Achraf Hakiminin ötürməsi ilə topu qəbul edib və onun zərbəsi uzaq dirəyə dəyib.

Qayıdan top yenidən Kilian Mbappeyə gələrkən, fransız ulduzun ikinci zərbəsi müdafiədən geri qayıdıb və Aşraf Hakiminin qarşısında qalıb.

Mərakeşli sağ cinah müdafiəçisinin zərbəsi qapıçı Kobelin sağından keçərək yenidən dirəyə dəyib.

Beləliklə, PSJ eyni hücumda 8 saniyə ərzində 2 dəfə topu dirəyə vurub.

Matçın cavab oyunu mayın 7-də, 23:00-da Fransada keçiriləcək.

Offsideplus.az