Ölkə

118 nəfər zəhərlənib – 4-ü ölüb

118 nəfər zəhərlənib – 4-ü ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib, 4-ü ölüb.

Bu barədə 7Times.az-a KTM-dən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 56 nəfər dərmandan, 31-i sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənən şəxslərdir. Həmçinin 6 nəfər allergik reaksiya, 4 nəfər ilan sancması, 1 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) vəfat edib.

Ölüm halları sirkə turşusu, botulizm, allergik reaksiya və dərman zəhərlənmələrindən qeydə alınıb.