ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə dair açıqlaması ilə əlaqədar olaraq, bu ölkənin Ankaradakı səfiri David Satterfield Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
7times.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
ABŞ səfirini nazir müavini Sedat Önal qəbul edib və məlum açıqlamaya görə, rəsmi Ankaranın kəskin reaksiyası diplomatik nümayəndəlik rəhbərinin diqqətinə çatdırılıb. Tarixi və hüquqi baxımdan heç bir əsası olmayan açıqlamanın qəbul edilməzliyi, tamamilə rədd edilməsi və ən sərt şəkildə qınanıldığı ifadə edilib.
Bundan əlavə, qondarma “soyqırımı” açıqlamasının beynəlxalq hüquq baxımından hökmsüzlüyü, eləcə də türk xalqını dərindən incitdiyi və münasibətlərə zədə vurduğu qeyd olunub.
Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” sözünü işlədib. O, qondarma “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir. unikal.org
Follow @7timesaz