Keçmişdə hindlilərə qarşı soyqırımın, ədalətsiz müharibələrdə milyonlarla insanın qətliamının, bu gün isə etnik ayrıseçkiliyin və zorakılığın, insanları nəfəssiz qoyaraq öldürməyin ən ağır tablosudur ABŞ…Qərarı siyasi və çirkindir.
7times.az xəbər verir ki, bu sözləri “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə cavab olaraq deyib.
Onun sözlərinə görə, bunun mənəvi, hüquqi, tarixi və ümumbəşəri bir əsası yoxdur. teleqraf.com
Follow @7timesaz