Sosial şəbəkələrdə Lənkəranın Yuxarı Nüvədi kəndində qayınanın hamilə gəlinini döyməsi ilə bağlı görüntülər ciddi rezonans doğurub.
Yayılan məlumatlarda gəlinin kimsəsiz olduğu bildirilir.
7times.az-ın məlummatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis şöbəsində araşdırma aparılır.
“Sosial şəbəkələrdə gəlinin qayınanası tərəfindən döyülməsilə bağlı yayılan görüntülər Lənkəran Rayon Polis şöbəsində araşdırılır”.
Qeyd edilib ki, Lənkəranın Yuxarı Nüvədi kəndində yaşayan 1946-cı təvəllüdlü Guldənaz Qurbanovanın gəlinini döyməsi faktı ilə bağlı rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir:
“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.