Dünya

Paşinyan İrəvana qayıda bilmir

Paşinyan İrəvana qayıda bilmirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti Kazandan İrəvana qayıda bilmir.

7times.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Faktı ölkə hökumətinin mətbuat xidməti də təsdiq edib.

Məlumata əsasən, Ermənistan heyətinin təyyarəsində texniki nasazlıq yaranıb.

Hazırda problemin həll olunması istiqamətində işlər aparılır. Əgər qısa müddətdə nasazlığı aradan qaldırmaq mümkün olmazsa, Paşinyan və hökumt üzvləri digər təyyarə ilə geri qayıdacaqlar.

Qeyd edək ki, Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək məqsədilə Kazana səfər edib./Oxu.az